Saat:18:57
Haqqımızda

Tramp İsraildədir

2025-10-13 12:16:10

Tramp İsraildədir

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti DOnald Tramp İsrailə səfər edib. Onun təyyarəsinin Ben-Qurion aeroportunda yerə enməsi İsrail hökumətinin mətbuat xidməti tərəfindən canlı efirdə göstərilib.
Trampın yoluna qırmızı xalılar döşənib. Onu hava limanında İsrail Prezidenti İshaq Hersoq ilə Baş nazir Binyamin Netanyahu, fəxri qarovul və hərbi orkestr qarşılayıblar.
Tramp aeroportdan Qüdsə yola düşüb. Bu şəhərdə onun Knessetin qarşısında çıxış etməsi planlaşdırılıb. Tramp həmin çıxışdan dərhal sonra "Sülh sammiti"ndə iştirak etmək üçün Misirə yola düşəcək. Sammit Qəzza bölgəsində münaqişənin nizamlanması barəsində razılaşma ilə əlaqədar keçirilir.
Hürr Tərcüman