Tramp: "Ərdoğan müharibənin bitməsinə kömək edə bilər"
2025-10-14 11:12:05
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti R.T.Ərdoğanın Ukraynadakı müharibənin dayandırılmasına kömək edə biləcəyini söyləyib. Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin başa çatmasında Türkiyə Prezidentinin əsas rol oynaya biləcəyinə inandığını bəyan edib.
Tramp Şarm Əş Şeyx şəhərinə səfərindən qayıdarkən deyib: "Ərdoğan bacarar. Ukraynanı bilmirəm, Rusiyada ona hörmət edirlər. Lakin Putin ona hörmət edir və o, mənim dostumdur".
Hürr Tərcüman
