Tramp: "Ərdoğan möhtəşəmdir"
2025-10-07 09:28:05
Hurriyyet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Qəzza danışıqlarındakı rolunu yüksək qiymətləndirib.
Tramp deyib: "Prezident Ərdoğan möhtəşəmdir, bu razılaşmanın əldə olunması üçün çox fəallıq göstərir".
Amerika liderinin sözlərinə görə, Ərdoğan HƏMAS hərəkatında böyük nüfuza və hörmətə malikdir. Bu da onun sülh prosesində əsas vasitəçilərdən biri olmasına səbəb olur.
Hürr Tərcüman
