Tramp cənnətə düşmək istəyir
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölümündən sonra cənnətə düşmək istədiyini qeyd edib. O, Ukraynadakı münqaişənin dayandırılması üçün səylərinin ona cənnəti qazandıracağına ümidvar olduğunu söyləyib.
Tramp "Foks Nyus" telekanalına müsahibəsində deyib: "Ukraynadakı münaqişənin bitməsini istəyirəm. Orada ölənlər Amerika əsgərləri deyil, əsasən, ruslar və ukraynalılardır. Hər həftə 7 min insanı ölümünün qarşısını ala bilsəm, çox yaxşı olar".
Tramp "o biri dünyada özünə yer qazanmaq işinin öhdəsindən çox da yaxşı gələ bilmədiyini" söylədikdən sonra deyib: "Lakin əgər yenə də cənnətə düşə bilsəm, bunun səbəblərindən biri Ukraynadakı münaqişənin dayandırılması olacaq".
Tramp Hindistanla Pakistan arasında qan tökülməsinin dayandırılmasına müvəffəq olduğunu da qeyd edib: "Düşünürəm ki, Hindistan və Pakistanla bağlı vəziyyətdə çoxlu insanın həyatını xilas edə bildim, onlar döyüşmək üzrə idilər, təyyarələri vururdular, imkan versəydim, bu, nüvə müharibəsinə çevrilə bilərdi. Hər iki tərəflə danışdım və onlara dedim ki, döyüşlər davam etdiyi müddətdə, sülh bərqərar olana qədər onlarla ticarət müqaviləsi bağlamayacağım. Onlara telefonla danışaraq sülhə nail oldum".
Hürr Tərcüman
