Saat:13:07
Haqqımızda

Tramp Amerikanı beynəlxalq təşkilatdan çıxarır

2025-07-22 15:16:44

Tramp Amerikanı beynəlxalq təşkilatdan çıxarır

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-ni YUNESKO təşkilatından çıxarmağı qərara alıb.
"Nyu-York Post" nəşrinin yazdığına görə, Ağ Evin mətbuat katibinin müavini Anna Kelli deyib: "Tramp ABŞ-nin YUNESKO-dan çıxmasını qərara alıb. Bu təşkilat  amerikalıların noyabrda səs verdikləri sağlam siyasi meyarlara zidd olan mədəni və sosial hədəflərə qarşı nifaqı alovlandırır".
Hürr Tərcüman