Saat:15:36
Haqqımızda

Tramp: "ABŞ onları itirdi"

2025-09-05 15:53:35

Tramp:

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Rusiya ilə Hindistani "itirdiyini" bəyan edib.
Amerika lideri sahibi olduğu "Truth Social" şəbəkəsində Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modinin ŞƏT sammitindəki tədbirdə çəkilmiş birgə fotolarını dərc edib. 
Tramp paylaşmasında yazıb: "Görünür ki, biz Hindistanla Rusiyanı itirmişik, onları tutqun və qaranlıq Çinə güzəştə getmişik. Onlara birlikdə uzun və xoşbəxt gələcək arzulayıram!"
Hürr Tərcüman