Tramp ABŞ büdcəsindən milyard dollar ayırmaq istəyir
Hurriyyet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) onun şəxsi evi olan Mar-a-Laqoya etdiyi basqına görə ABŞ hökumətindən özünə milyard dollar təzminat ödəmək niyyətində olduğunu açıqlayıb. O, bunu Şimali Karolinadakı tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
"Bilirsiniz, mən məhkəmə iddiası qaldırdım və qalib gəlirəm. Sadəcə bir problem var: mən bunu həll etməliyəm. Bir milyard dolları xeyriyyə təşkilatına ayırmaq istəyirəm. Ağlabatan səslənir, elə deyilmi? Amma bəlkə də pulu özümdə saxlamalıyam", - deyə o bildirib.
Daha sonra dövlət başçısı dərhal sözünü düzəldib və pulu saxlamaq niyyətində olmadığını vurğulayıb. O, həmçinin "razılaşmaq və özü ilə danışıqlar aparmaq" məcburiyyətində qaldığı vəziyyətin qəribəliyini də qeyd edib.
Daha əvvəl əksəriyyəti Trampın prezidentliyi dövründə baş verən və 30 sentyabr 2025-ci ildə başa çatan 2025-ci maliyyə ili üçün ABŞ büdcə kəsirinin 1,775 trilyon dollara düşdüyü bildirilirdi ki, bu da əvvəlki illə müqayisədə 2,3 faiz azdır.
NURAY
