Tramp 80 yaşını döyüş gecəsi ilə qeyd edəcək – UFC Ağ Evdə
2025-10-07 00:03:53
ABŞ-ın prezidenti Donald Tramp UFC ilə birlikdə keçiriləcək “Ağ Ev döyüş gecəsinin” tarixini açıqlayıb.
Tədbir 2026-cı ilin 14 iyununda – onun 80-ci ad günündə baş tutacaq.
Uzun illərdir UFC prezidenti Dana Uayt ilə dostluq əlaqələrini saxlayan Tramp, döyüş gecəsinin Ağ Evin Cənub Bağçasında keçiriləcəyini bildirib. Bu tədbir, döyüş idmanları tarixində ilk dəfə Ağ Evdə reallaşacaq UFC gecəsi kimi tarixə düşəcək.
Məlumata görə, tədbirdə bir neçə ulduz döyüşçünün iştirakı gözlənilir və UFC rəhbərliyi arenanın quraşdırılması üçün 700 min dollar büdcə ayırıb. \\Fanat.Az
