Saat:12:59
Haqqımızda

Toyuq ətinə tələbat çoxaldı: qiymətlər də artacaq?

2025-11-15 10:18:03

Toyuq ətinə tələbat çoxaldı: qiymətlər də artacaq?

Ətə olan tələbatın azalması və paytaxt sakinlərinin əsasən toyuq məhsullarına üstünlük verməsi bazarda qiymət artımına səbəb olur.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

“Əgər toyuq istehsalı əvvəlki kimi qalarsa (yəni təklif artmırsa), onda artan tələbat qiymətlərin bahalaşmasına səbəb olacaq. Təklif artarsa, qiymət bahalaşa bilər”, - o bildirib.

İqtisadçının sözlərinə görə, quşçuluq təsərrüfatları istehsalı artırsa və bazara daha çox məhsul çıxarsa, qiymət artımı zəifləyə və hətta stabil qala bilər:

“Yəni toyuq məhsullarına tələbat artır, qiymətlərin bahalaşma ehtimalı yüksəkdir. Ancaq istehsal da artarsa, bu bahalaşmanı azalda və ya tamamilə qarşısını ala bilər”.