Saat:20:21
Haqqımızda

Tovuzda dönərdən kütləvi zəhərlənmə - 21 NƏFƏR XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

2025-06-25 21:30:21

Tovuzda dönərdən kütləvi zəhərlənmə - 21 NƏFƏR XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Bu gün saat 16:56 radələrində 21 nəfər (10-ü kişi, 11-ü qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Hurriyyet.az musavat.com-a istinadən xəbər verir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrdə davam etdirilir.