Tovuzda 3 yaşlı uşaq hovuzda boğularaq öldü
2025-12-09 09:18:56
Tovuzda 3 yaşlı uşaq hovuzda boğularaq ölüb.
Hurriyyet.az xəbər verir ki, Düz Qırıqlı kəndində 2022-ci il təvəllüdlü H.Qasımov yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən hovuza düşərək boğulub ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
