Tokayev Özbəkistana gedəcək
2025-11-13 15:42:42
Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə noyabrın 14-də Daşkəndə səfər edəcək.
Qazax mətbuatının yazdığına görə, səfər çərçivəsində dövlət başçıları təkbətək danışıqlar aparacaqlar və Qazaxıstan ilə Özbəkistanın Ali Dövlətlərarası Şurasının iclasında iştirak edəcəklər.
Hürr Tərcüman
