Təzyiqdən öldüyü deyilirdi, gəlini boğaraq öldürübmüş
2025-12-15 09:47:32
Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub.
Hurriyyet.az xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, ilkin məlumata görə bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Həmən vaxt onun qan təzyiqindən öldüyü bildirilib.
Dünən ortaya çıxan kamera görüntülərində onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlanılıb. (APA)
