“Təyyarəmiz vuruldu, arxasında İngiltərə və İsrail dayanır”
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın tanınmış publisist Fatih Tezcan İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı iddianamənin açıqlanmasından sonra qalmaqallı bəyanatla çıxış edib.
Tezcan iddia edib ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması İBB iddianaməsinin təqdim edilməsindən sonra baş verib və bunun siyasi motivli təxribat olduğunu düşünür:
“Təyyarəmiz vuruldu, çünki biz ittiham aktı verdik. Bunun arxasında İngiltərə və İsrail dayanır. Biz Ekrem İmamoğlunu dəstəkləyəcəyimizi dediyimiz üçün təyyarəmiz vuruldu”, – deyə o, sosial mediada bildirib.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı hazırlanan ittiham aktı son günlər ölkə mediasının əsas gündəm mövzularından birinə çevrilib. Bəzi siyasətçilər və ekspertlər iddianamənin müxalifətə qarşı təzyiq vasitəsi olduğunu bildirir.
Hazırda Tezcanın irəli sürdüyü iddialarla bağlı rəsmi qurumlardan hər hansı açıqlama verilməyib. \\Tribunainfo.az
