Saat:15:55
Haqqımızda

“Təyyarəmiz qəzaya uğrayıb, yoxsa vurulub? Hərtərəfli araşdırma aparılır”

2025-11-13 14:02:24

“Təyyarəmiz qəzaya uğrayıb, yoxsa vurulub? Hərtərəfli araşdırma aparılır”

Türkiyədəki ekspertlər Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin vurulmuş ola biləcəyi ehtimalını araşdırır.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyənin hökumətyönlü “Hürriyet” qəzetinin hökumət dairələri ilə yaxın əlaqələri olan köşə yazarı Abdulkadir Selvi bildirib.

Türkiyə Müdafiə Nazirliyi daha əvvəl məlumat vermişdi ki, "Lockheed C-130 Hercules" hərbi-nəqliyyat təyyarəsi qəzası ilə bağlı Ankara axtarış-xilasetmə əməliyyatını Tbilisi ilə əlaqələndirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası bildirib ki, qəzanın səbəblərinin araşdırılması son dərəcə ehtiyatla aparılacaq.

Selvi köşə yazısında qeyd edib: "Təyyarəmiz qəzaya uğrayıb, yoxsa vurulub? Hərtərəfli araşdırma aparılır. Həm təyyarənin qəzaya uğrama ehtimalı, həm də vurulma ehtimalı araşdırılır".

O, Qafqazın “qeyri-sabit region” olduğunu xatırladıb: “Ona görə də bütün mümkün variantlar araşdırılır".

Xatırladaq ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin qalıqları texniki ekspertiza üçün Kayseri şəhərinə aparılacaq. Hökumətyönlü Türkiyə qəzeti cümə axşamı öz məlumatlarına istinadən xəbər verir ki, təyyarə insidentdən əvvəl heç bir qəza siqnalı göndərməyib.