Saat:18:58
Haqqımızda

Təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat etdi

2025-10-18 13:44:20

Təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat etdi

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.

Hurriyyet.az xəbər verirki, bu barədə Lent.az-a mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.