Tərtərdə ağır QƏZA: 3 nəfər öldü - VİDEO
2025-08-08 21:58:48
Tərtərdə ölümlə nəticələnən qəza baş verib.
Hurriyyet.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Hindarx Borsunlu yolunun Tərtər rayonu ərazisində qeydə alınıb.
Hərəkətdə olan OPEL markalı minik maşını “KamAZ”la toqquşub.
Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
