Saat:01:12
Haqqımızda

Təqaüd və sosial müavinətlər bu qədər ARTIRILACAQ — AÇIQLAMA

2025-12-19 23:16:10

Təqaüd və sosial müavinətlər bu qədər ARTIRILACAQ — AÇIQLAMA

"Çox güman ki, təqaüdlər və sosial müavinətlər orta aylıq əmək haqqının artım tempinə uyğun təxminən 9% civarında artırılacaq". 
Hurriyyet.Az bildirir ki, bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
O, bildirib ki, bu artım müsbət addımdır və sosial dəstəyin gücləndirilməsi baxımından önəmlidir:
"Lakin reallıqda bu artımın vətəndaşların alıcılıq qabiliyyətinə ciddi təsir göstərəcəyi sual altındadır. Səbəb isə inflyasiyanın yüksək səviyyədə olması və xüsusilə ərzaq məhsullarının qiymətlərinin kifayət qədər sürətlə artmasıdır. Nəticədə, sosial yardımların nominal artımı ilə real artımı arasında fərq yaranır və insanların gündəlik xərclərinə təsiri məhdud qalır. Bu isə iqtisadiyyatın və ailə büdcələrinin planlaşdırılması baxımından əlavə çətinliklər yarada bilər".

Əfsanə Kamal