Tedesko gedir, o qayıdır
2025-09-25 20:55:45
"Fənərbağça" klubunda yenə baş məşqçi ayrılığı yaşana bilər.
İstanbul təmsilçisinin yeni rəhbərliyi Domeniko Tedesko və idman direktoru Devin Özekdən razı deyil.
Hər ikisi ilə vaxt itirmədən ayrılmaq istəyirlər.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Tedeskonun yerinə əsas namizəd isə Aykut Kocamandır. Eyni zamanda Volkan Demirelin də kluba qayıdacağı gözlənilir. O, idarəçi rolunda olacaq.
"Fənərbağça" mövsümə Joze Mourinyo ilə başlamışdı. Daha sonra onu D. Tedesko əvəz etdi. O, cəmi 4 oyunda "sarı-lacıvərdlilər"i çalışdırıb. Bu oyunlarıda "Fənərbağça" 1 qələbə qazanıb. \\Offsideplus.az
