Saat:23:41
Haqqımızda

Təbriz bazarında qiymətlər şoka saldı - Video

2025-12-22 21:06:43

Təbriz bazarında qiymətlər şoka saldı - Video

Təbriz bazarındakı qiymətləri təəccüb doğurub.

Hurriyyet.Az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Pələng Kərimov adlı bloger paylaşım edib.

O, bazarda satıcılardan müxtəlif məhsulların qiymətlərini soruşaraq izləyiciləri ilə bölüşüb və tərəvəzlər başda olmaqla, bir sıra məhsulların ucuzluğu diqqət çəkib.

Blogerin bildirdiyinə görə, Təbriz bazarında qiymətlər aşağıdakı kimidir:

Pomidorun kiloqramı – 58 qəpik

Xiyarın kiloqramı – 45, 64 və 77 qəpik

Bananın kiloqramı – 1.30, 1.50 və 2.10 manat

Kartofun kiloqramı – 40 qəpik

Badımcanın kiloqramı – 46–52 qəpik

Göyərtilərin kiloqramı – 32 qəpik

Bundan başqa, o həmçinin Təbriz bazarında qızılın qramının 80–90 dollar, əl toxuması olan xalçaların qiymətinin isə 400–900 dollar arasında dəyişdiyi bildirib.