Saat:01:31
Haqqımızda

TƏBİB-in xanım işçisi bıçaqlandı

2025-10-06 22:05:56

TƏBİB-in xanım işçisi bıçaqlandı

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Qanbayeva Lamiyə Nəcməddin qızı ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.

Hurriyyet.Az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.

Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.