Tayland Ordusu Kamboca ilə münaqişə zamanı 225-ci təpəni ələ keçirib
2025-12-25 13:18:55
Hurriyyet.az xəbər verir ki, Tayland Ordusu Kamboca ilə həmsərhəd olan Surin əyalətindəki strateji 225-ci təpəni ələ keçirib. Bu barədə Tayland Ordusunun İkinci Hərbi Bölgəsi məlumat verib.
Bəyanatda deyilir: "225-ci təpə ələ keçirilib. İkinci Hərbi Bölgə hərbi əməliyyatı davam etdirir".
Tayland qoşunları əvvəllər 225-ci təpə yaxınlığında yerləşən qədim Ta Kvay məbəd kompleksini ələ keçirərək Kamboca qüvvələrini ərazidən qovub.
Kamboca-Tayland sərhədində kiçik silahlarla toqquşmalar 7 dekabrda başlayıb. 8 dekabrda Tayland Ordusu Kamboca qüvvələrinin sərhəd bölgəsindəki Tayland mövqelərini atəşə tutmağa başladığını bildirib. Tayland Hərbi Hava Qüvvələri Kamboca hərbi infrastrukturuna hücum edərək cavab verib.
NURAY
