TASS sevinclə yazır: "Düşənbədə Əliyev ilə Putinin görüşəcəyi iqamətgah bəzədilib"
2025-10-09 14:47:42
Hurriyyet.az xəbər verir ki, TASS informasiya agentliyi belə bir başlıqlı məlumat dərc edib.
Xəbərdə deyilir: "Düşənbədə Putin ilə Əliyevin görüşəcəyi iqamətgah bəzədilib.
Girişdə qonaqları qırmıı qızılgüllərdən ibarət tağ qarşılayır...
...Düşənbədəki Hökumət İqamətgahı Tacikistanın ən əhəmiyyətli nümayəndəlik binalarından biridir. Burada rəsmi danışıqlar, yüksək səviyyəli görüşlər, beynəlxalq konfranslar, təntənəli qəbullar keçirilir...
...Qəbul Evində böyük tədbirlər üçün konfrans otaqları var. Tacikistan prezidenti Emoməli Rəhmonun iqamətgahlarından biri də Hökumət İqamətgahının ərazisində yerləşir".
Hürr Tərcüman
