Tacikistan Rusiyaya nota verdi
2025-12-17 14:10:56
Hurriyyet.az xəbər verir ki, Tacikistanın Xarici İşlər Nazirliyi Rusiya səfiri Semyon Qriqoryevə nota təqdim edib. Diplomatin nazirliyə dəvət edilməsinin səbəbi Moskva ətrafındakı Odintsovo rayonunda 10 yaşlı Kobilcon Əliyevin qətlə yetirilməsidir. Bu barədə XİN-in bəyanatında məlumat verilib.
Təqdim edilən notada Rusiyanın bu faciəli hadisə ilə bağlı dərhal, obyektiv və qərəzsiz araşdırma aparması və qətlin bütün iştirakçılarının qanunıa ən sərt şəkildə məsuliyyətə cəlb etməsi tələb olunur.
Hürr Tərcüman
