Sürücülərin nəzərinə: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
2025-11-14 21:30:39
Avtomobil yollarında vəziyyət açıqlanıb.
Hurriyyet.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 15-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
