Suriyalı nazirlər Rusiyaya getdi
2025-12-23 21:06:17
Suriyanın xarici işlər və müdafiə nazirləri danışıqlar aparmaq üçün Moskvaya səfər ediblər.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilib ki, Suriya nümayəndə heyətinə Əsəd əş-Şeybani və Murhaf Əbu Qəsradan əlavə, Baş Kəşfiyyat İdarəsinin əməkdaşları də daxildir.
Suriya Xarici İşlər Nazirliyinin məlumatına görə, Dəməşq və Moskva ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edəcəklər. \\Axar.Az
