Suriya Prezidenti Putinlə görüşəcək
2025-10-15 12:24:38
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 15-də Suriyanın müvəqqəti Prezidenti Əhməd Əl-Şara ilə görüşəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada Əhməd Əl-Şaraanın Rusiyaya işgüzar səfərlə gələcəyi bildirilir. Danışıqlar zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, həmçinin Rusiya-Suriya münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.
Kremlin məlumatına görə, ticarət-iqtisadi, humanitar və siyasi sahələrdə əməkdaşlığa, eləcə də regionda vəziyyətin nizamlanması üçün səylərin əlaqələndirilməsinə xüsusi diqqət yetiriləcək.
Hürr Tərcüman
