Saat:18:23
Haqqımızda

Stavropolda güclü partlayışlar – “Lukoil”-in zavodu yanır

2025-12-23 10:36:40

Stavropolda güclü partlayışlar – “Lukoil”-in zavodu yanır

Rusiyanın Stavropol diyarının Budyonovsk şəhərindəki Stavrolen kimya zavodunda yanğın baş verib.

Hurriyyet.az xəbər verir ki, Rusiya KİV-lərində və sosial şəbəkələrdə gedən məlumatlara görə, gecə saat 2:00 radələrində Stavropolda dron hücumu ilə bağlı həyəcan siqnalı verilib. Qısa müddət sonra yerli sosial mediada Budyonovskda baş verən partlayışlarla bağlı şahidlərin məlumatları və videolar yayılmağa başlayıb. Yerli sakinlərin sözlərinə görə, 15 dəqiqə ərzində bir neçə partlayış qeydə alınıb.

Tezliklə internetdə şəhərin üzərindəki səmada böyük bir parıltını göstərən fotoşəkillər və videolar ortaya çıxıb. Regional Telegram kanalları yanğının polietilen və benzol da daxil olmaqla, kimyəvi məhsulların əsas istehsalçısı olan “Stavrolen” kimya zavodunda baş verdiyini yazıb. Ukrayna PUA-larının vurduğu zavodun “Lukoil”-ə məxsus olduğu bildirilir.

AzPolitika.info