Saat:13:51
Haqqımızda

"Söküntü işlərinin aparılmasından məlumatımız yoxdur" - İH-dən AÇIQLAMA - YENİLƏNİB

2025-07-16 20:07:25

"Papanin" kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsində söküntü işlərinin aparılacağı ilə bağlı məlumata Nəsimi Rayon İcra Hakimiyyəti münasibət bildirib.

Hurriyyet.Az Oxu.az-a istinadən xəbər verir ki, İcra Hakimiyyətindən bildirilib ki, Bakı şəhərinin inkişafı istiqamətində görülən abadlıq-quruculuq işlərinin genişləndirilməsi məqsədilə Nəsimi rayonunun müvafiq əraziləri üzrə müfəssəl məlumatların toplanması istiqamətində işlər aparılır:

"Həmin ərazilərdə söküntü işlərinin aparılıb-aparılmaması ilə bağlı heç bir məlumatımız yoxdur".

***

17:05

Bakının Nəsimi rayonunda böyük söküntü başlayır. Söhbət "Papanin" kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsindəki həyət evlərindən gedir.

Hurriyyet.Az Oxu.az-a istinadən xəbər verir ki, artıq siyahıya alınma prosesinə başlanılıb.

Aparılacaq söküntü ilə bağlı hər m²-ə görə əhaliyə veriləcək kompensasiyanın məbləği 2 700 manat müəyyən edilib.

İllərdir gözlənilən söküntüyə artıq bu ilin payızında başlanacağı bildirilir.


Load Time (S) : 1.687626