Saat:15:49
Haqqımızda

Soçidə iki sərnişin təyyarəsi toqquşdu - FOTO

2025-06-28 00:00:18

Soçidə iki sərnişin təyyarəsi toqquşdu - FOTO

Rusiyanın Soçi hava limanında “Utair” və “NordStar” aviaşirkətlərinə məxsus iki sərnişin təyyarəsi toqquşub.

Bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, “Boeing 737-800” təyyarəsi Tümenə yola düşmək üçün uçuş-enmə zolağına yollanıb. Bu zaman “Boeing 737-800” təyyarəsi Norilskdən gələn təyyarə ilə uçuş-enmə zolağında toqquşub.Toqquşma nəticəsində təyyarələrdən birinin qanadı zədələnib. Xəsarət alan olmayıb. Hər iki təyyarə müvəqqəti olaraq uçuşlardan uzaqlaşdırılıb.

 

Metbuat.az


Load Time (S) : 1.250615