Saat:04:45
Haqqımızda

Siqaretin qiyməti bu qədər arta bilər

2025-12-09 22:05:50

Siqaretin qiyməti bu qədər arta bilər

Tütün məmulatları üzrə aksiz vergilərinin artırılması təklif edilir. Bu halda siqaretlərin, elektron qəlyanların və digər tütün məmularlarının qiymətləri bahalaşacaq?

İqtisadçı ekspert Asif İbrahimov Metbuat.Az-a açıqlamasında bildirib ki, hər hansı bir məhsulun və ya xidmətin yekun qiymətinə təsir göstərən əsas amillər onun yaranması üçün çəkilən xərclərdir:

“Bu baxımdan tütün məmulatlarına tətbiq edilən aksiz vergisinin artırılması, daha dəqiq desək, min ədəd siqaret üçün aksizin 45 manat 50 qəpikdən 55 manata qaldırılması istehsalçı üçün əlavə xərc yaradır və maya dəyərinə ciddi təsir göstərir. Bu dəyişiklik 20 ədədlik bir paçka siqaret üçün təxminən 19 qəpik əlavə xərc deməkdir. Nəticə etibarilə, maya dəyərinin artması qiymətlərə də birbaşa təsir edir və bahalaşma praktiki olaraq qaçılmaz olur”.

“Yəni aksiz vergisinin artması tütün məmulatlarının bahalaşmasında mühüm rol oynayacaq amillərdəndir”, - deyə A.İbrahimov qeyd edib.

 

Sevinc İbrahimzadə