Saat:15:25
Haqqımızda

Simonyan Azərbaycan tərəfi ilə görüşlərə hazır olduğunu bildirib

2025-12-10 13:23:04

Simonyan Azərbaycan tərəfi ilə görüşlərə hazır olduğunu bildirib

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın nümayəndə heyətinin Bakı şəhərində keçirilməsi planlaşdırılan hər hansı bir tədbirdə iştirakını istisna etmədiyini bildirib.
Simonyan jurnalistlərlə söhbətində deyib: "Hər hansı bir regional formatda iştirakdan imtinanın düzgün qərar olduğunu düşünmürəm. Hesab edirəm ki, İstanbulda keçirilən konfras çərçivəsində Azərbaycan parlamentinin spikeri (Sahibə Qafarova - red.) ilə təmaslar ola bilər".
Onun sözlərinə hörə, əlaqələrin genişləndirilməsinin məqsədəuyğunluğu məsələsinin müzakirələri davam edir: "Bu, artıq hansısa beynəlxalq kontekstdə deyil, məhz öz qərarlarımız əsasında olacaq".
Hürr Tərcüman