Saat:18:55
Haqqımızda

Şimali Koreya Yapon dənizinə ballistik raket atdı

2025-11-07 17:25:23

Şimali Koreya Yapon dənizinə ballistik raket atdı

Hurriyyet.az xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası Yapon dənizinə növbəti ballistik raket atıb. "Yonhap" agentliyi Koreya Respublikasının Silahlı Qüvvələr Qərargahları Rəisləri Komitəsinə istinadla belə bir məlumat verib.
Cənubi Koreya hərbçilərinin məlumatına görə, raket dənizə düşənə qədər 700 kilometrə yaxın məsafə qət edib.
Yapoiya Pekindəki diplomatik kanallar vasitəsi ilə Şimali Koreyaya rəsmi nota göndərib. Yaponiya Nazirlər Kabinetinin Baş katibi Xirokadzu Kixara Tokionun "Pxenyanın addımlarından ciddi narahat olduğunu" və yeni təxribatların olacağını istisna etmədiyini bildirib.
Kixara deyib: "Hesab edirik ki, Şimali Koreya müxtəkif raketləri və peykləri havaya buraxmağa davam edə, həmçinin yeni nevə sınaqları keçirə bilər". 
Bundan əvvəl oktyabrın 22-də ballistik raket atışı həyata keçirilib. 2025-ci ildə ümumilikdə 7 dəfə raket atılıb. 
Hürr Tərcüman