Saat:11:55
Haqqımızda

Səudiyyə Ərəbistanının kral ailəsi "Barselona" klubunu almaq istəyir

2025-12-15 10:08:28

Səudiyyə Ərəbistanının kral ailəsi

Hurriyyet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman "Barselona" futbol klubunu almağı planlaşdırır. İspan jurnalist Fransua Qalyardonun sözlərinə görə, vəliəhd 10 milyard avro müqabilində klubu satın almağı təklif edəcək. Şahzadənin marağı Səudiyyə kapitalının dünya futolundakı kapitalını artırmaq planı ilə əlaqədardır. Son illərdə krallıq fəal şəkildə idmana sərmayə qoyur. 
Katalon klubunun rəhbərliyi özəlləşdirmə variantını nəzərdən keçirmədiyini bundan əvvəl dəfələrlə bəyan edib. Bununla yanaşı, "Barselona" pandemiya dövründə yaranmış borclarını ödəməyə davam edir. Potensial sövdələşmənin məbləği klubun 2,5 milyard avro qədərində borcunu bağlamaq imkanı verə bilər.
La Liqanın 17-ci turunda "Osasuna" üzərində qələbədən sonra "Barselona" turnir cədvəlində liderlik mövqeyini möhkəmləndirib. Komandanın hesabında 43 xal var.
Hürr Tərcüman