"Səudiyyə Ərəbistanı Amerikanın əsas müttəfiqidir"
Hurriyyet.az xəbər verir ki, ABŞ Səudiyyə Ərəbistanını NATO üzvü olmayan əsas müttəfiqləri sırasına daxil edib.
ABŞ Prezideni Donald TRamp Birləşmiş Ştatların Səudiyyə Ərəbistanına NATO-dan kənarda əsas müttəfiqi statusunu verdiyini, həmçinin, krallıqla müdafiə sahəsində strateji əməkdaşlıq müqaviləsini imzaladıqlarını bəyan edib.
Bəlli olduğu kimi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Çəhəmməd bin Salman Əl Səud Vaşinqtona səfər edib. Tramp Səudiyyə vəliəhdinin şərəfinə təşkil edilmiş nahar zamanı deyib: "Sizə məmnuniyyətlə bildirirəm ki, Səudiyyə Ərəbistanını rəsmi olaraq, NATO-ya üzv olmayan əsas müttəfiq kimi qəbul etməklə hərbi əməkdaşlığımızı yeni səviyyəyə qaldırırıq. Bu, onlar üçün çox vacibdir. Bunu sizə indi deyirəm, çünki bu kiçik sirri bu axşama qədər saxlamaq istəyirdim".
Tramp vəliəhdə müraciət edərək deyib: "Bu, bu gün sizin üçün daha bir qələbədir". ABŞ Prezidenti tərəflərin "tarixi strateji müdafiə müqaviləsi" imzaladıqlarını da deyib, lakin təfərrüatları açıqlamayıb.
Ağ Evin açıqladığı sənədlərə görə, ABŞ Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələri və təxminən 300 tank da daxil olmaqla, xeyli miqdarda silah satmağı planlaşdırır.
Hürr Tərcüman
