“Şərur İnşaat”ın tikdiyi binada yanğın: "Bonjour Baku" alovlandı
2025-12-06 23:40:12
Bakının Nərimanov rayonunda yerləşən “Bonjur Baku” restoranında yanğın hadisəsi baş verib.
Hurriyyet.Az xəbər verir ki, hadisə Bakıxanov küçəsi 64 ünvanında – “Şərur İnşaat” tərəfindən inşa edilən binanın altında fəaliyyət göstərən restoranda qeydə alınıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib. Alov qısa müddətdə nəzarətə götürülüb və söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.Məlumata görə, həmin binanın sakinləri uzun müddətdir restoranla bağlı şikayətlər edirdilər. Onlar obyektin yaşayış binasının altında təhlükəsizliyə uyğun şəkildə fəaliyyət göstərmədiyini, xüsusilə havalandırma və yanğın standartlarına əməl olunmadığını bildirirdilər.
