SEPAH-a hücum - Ölənlər var
2025-10-07 12:55:15
Hurriyyet.az xəbər verir ki, İranın Kürdistan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahına naməlum şəxslər hücum ediblər. Yerli mətbuatın məlumatına görə, hökumət əleyhinə olan silahlı qruplaşmanın iştirakçıları binaya qumbara atıblar.
İlkin məlumata görə, partlayış nəticəsində İİKK-nin iki əməkdaşı həlak olub, üç nəfər müxtəlif ağırlıqda yaralar alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı təhqiqat başlanıb. Hücum edənlərin yaxalanması ilə bağlı əməliyyat keçirilir.
Hürr Tərcüman
