Saat:01:45
Haqqımızda

Şəmkirdə iki yük maşını toqquşub

2025-09-18 21:18:59

Şəmkirdə iki yük maşını toqquşub

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.Az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford Tranzit "ilə "Qazel" markalı yük maşınları toqquşub.

Qəza zamanı 1985-ci il təvəllüdlü H.Namazov və N.Namazov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.