Semeru vulkanı 800 metr hündürlükdə od püskürdü!
2025-08-20 15:00:00
Hurriyyet.az xəbər verir ki, İndoneziyanın şərqində, Yava adasında yerləşən Semeru vilkanı 800 metr hündürlükdə kül sütunu püskürüb.
Bu barədə "Antara" agentliyi məlumat verib.
Xəbərdə deyilir: "Semeru vulkanı çərşənbə günü səhər 7.21-də od püskürüb. Kül sütununun hündürlüyü zirvədən 800 metrə yaxın hündürlükdə və ya dəniz səviyyəsindən 4476 metr yüksəklikdə müşahidə edilib".
Rəsmi mənbələrin məlumatına görə, 3676 metr ucalığında olan dağda ötən 24 saat ərzində 3 dəfə vulkan püskürüb.
Hürr Tərcüman
