Şəkidə canavarın hücumuna məruz qalan iki nəfərin vəziyyəti ağırdır
Şəkidə canavarın hücumuna məruz qalan şəxslərin durumu açıqlanıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasından Hurriyyet.az-a bildirilib ki, dekabrıən 21-də saat 22:50 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə canavar dişləməsi səbəbilə 5 nəfər (3 kişi, 2 qadın) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda vəziyyətləri orta ağır olan 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, dekabrın 20-dən 21-nə gecə gecə Şəki rayonunun Bideyiz kəndində canavar yas yerinə hücum edib. Nəticədə biri 5 yaşlı uşaq, ikisi qadın, ikisi kişi olmaqla 5 nəfər xəsarət alıb. Kənd sakinləri və müvafiq qurumların əməkdaşları gecə canavarı axtarsalar da onu tapmaq mümkün olmayıb. Vəşhi heyvan ayın 21-də yenidən sakinlərə hücum edib, daha iki nəfəri yaralayıb. Kənd sakinləri canavarı zərərsizləşdirə biliblər.
