Saat:12:41
Haqqımızda

Şəhid dəfnində mübahisələri gündəm oldu - Video

2025-11-15 09:28:57

Şəhid dəfnində mübahisələri gündəm oldu - Video

Gürcüstanda təyyarə qəzasında şəhid olan Hava Qüvvələrinin baş çavuşu Emre Sayının Balıkesirdə keçirilən dəfn mərasimində İYİ Partiya millət vəkili Turhan Çömez ilə AKP millət vəkili Ali Taylan Öztaylan arasında yer uğrunda mübahisə yaşanıb.

Hurriyyet.az xəbər verir ki, mərasim zamanı Çömez və Öztaylanın cənazə namazını ön sırada qılmaq üçün mübahisə etdikləri kameraya düşüb.

Hadisə Zağnospaşa məscidində baş verib.

Mübahisədən sonra millət vəkili Çömez ikinci sıraya keçərək cənazə namazını qılıb.

Onların mübahisəsinin görüntüləri müzakirələrə səbəb olub.