Saat:15:35
Haqqımızda

Şəhərin mərkəzindəki bu mağaza Cabir İmanovun imiş - VİDEO

2025-11-14 11:45:55

Şəhərin mərkəzindəki bu mağaza Cabir İmanovun imiş - VİDEO

Mərhum Əməkdar artist Cabir İmanovun şəhərin mərkəzində mağazası var imiş.

Bu haqda Əməkdar artist Bəhram Bağırzadə paylaşım edib. O bildirib ki, Cabir mağazasında öz əl işlərini satırmış. 

“Bu məkan dostumuz Cabir İmanovun ruhunun bir parçasını qoruyub saxlayır, bizi çox erkən tərk edən Cabirin. Buradakı hər bir şey - “Qarabağ”, “Şirvan”, “Naxçıvan” saatları, zərif kəlağayılar və şərflər, qalstuklar və kəpənəklər, eksklüziv çilçıraqlar onun dizaynıdır. Burada Cabirin böyük və mərhəmətli qəlbindən doğulan ideyaları və istedadının zərrələri yaşayır” deyə, Bəhram əlavə edib. 

Qeyd edək ki, C.İmanov bir ay əvvəl idman zalında infarkt keçirib və dünyasını dəyişib. (Axşam.az)