Sədərəkdə 9 milyonluq tender ləğv edildi
2025-10-03 00:14:42
Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı elan edilən tender nəticəsiz qalıb.
Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarımçıq qalmış işlərin icrası məqsədilə açıq tender elan olunmuşdu.
Ehtimal olunan məbləği 9 milyon 107 min 660,99 manat təşkil edən satınalma müsabiqəsi təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1.) ləğv edilib.
Qeyd edək ki, bu layihə çərçivəsində yarımçıq qalmış işlərin tamamlanması nəzərdə tutulurdu. \\32gun.az
