Sarayda 4 maşın toqquşdu: ölən və xəsarət alanlar var
2025-10-09 19:32:52
Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Hurriyyet.Az" “Report”a istinadən xəbər verir ki, hadisə zamanı “Mitsubishi”, “Ravon”, “Opel” və “Toyota” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində xəsarət alan dörd nəfərdən biri – 1990-cı il təvəllüdlü İnqilabzadə Elxan İlham oğlu hadisə yerində ölüb.
Xəsarət alan digər üç nəfər dərhal xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
