Saat:22:17
Haqqımızda

Samir Allahverdiyevə yüksək vəzifə verildi

2025-11-14 19:32:22

Samir Allahverdiyevə yüksək vəzifə verildi

“Bakı Metropoliteni” QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinə yeni rəis təyin edilib.

Hurriyyet.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, QSC sədri Vüsal Aslanovun müvafiq Əmri ilə sözügedən vəzifəyə Samir Allahverdiyev gətirilib.

Qeyd edək ki, S.Allahverdiyev bundan əvvəl “Umid Babek Operatıng Company” və “AzərGold” şirkətlərində Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) müdiri olub.

Xatıradaq ki, bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilən Aqil Allahverdiyev oktyabrda öz ərizəsi ilə işdən ayrılıb.