Saat:18:56
Haqqımızda

Samara qubernatoru COVID-19-a yoluxdu

2025-09-25 00:28:59

Samara qubernatoru COVID-19-a yoluxdu

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişçev koronavirusa yoluxub.

Bu barədə o, Max sosial şəbəkəsindəki kanalında məlumat verib.

“Ezamiyyətdən qayıtdıqdan sonra COVID-ə yoluxdum. Bununla belə, məsafədən işləməyə davam edirəm. Bu gün videobağlantı formatında operativ iclas keçirdim”, – deyə Fedorişçev yazıb.

Məsələ ilə bağlı virusoloq, tibb elmləri doktoru, professor Anatoliy Altşteyn qeyd edib ki, son bir həftə ərzində Rusiyada kəskin respirator virus infeksiyalarına (QRİ) yoluxanların sayı təxminən 30% artaraq 899 min nəfəri keçib. Onun sözlərinə görə, virusların yayılma tempi artır, amma hələlik lokdaun təhlükəsi yoxdur – mütəxəssislər infeksiyaların qarşısını almaq üçün yerli tədbirlərlə kifayətlənəcəklər.

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Təhsil Akademiyasının vitse-prezidenti, epidemioloq Gennadi Onişenko isə bildirib ki, yeni “stratus” adlı koronavirus ştammı daha yoluxucu olsa da, pandemiyaya səbəb olmayacaq. \\32gun.az