Saat:19:00
Haqqımızda

Salyanda qaz olmayacaq

2025-09-03 20:55:51

Salyanda qaz olmayacaq

Salyan şəhərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, diametri 159 mm-lik "Şəhər dairəvi" orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədi ilə 04.09.2025-ci il saat 09:30-dan etibarən sınaq işləri başa çatanadək Salyan şəhər mərkəzində (ümumi 3981 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.