Saat:15:47
Haqqımızda

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

2025-06-24 23:52:55

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, həmçinin "Quşçuluq" qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin yeniləri ilə əvəzlənməsi məqsədilə iyunun 24-ü saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Nardaran, Ramana, Sabunçu və Maştağa qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonunda isə Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Load Time (S) : 0.709144