Saat:18:57
Haqqımızda

Şahzadə Anna Kiyevə səfər edib

2025-10-01 12:04:06

Şahzadə Anna Kiyevə səfər edib

Hurriyyet.az xəbər verir ki, Britaniya şahzadəsi, mərhum kraliça II Yelizavetanın yeganə qızı həmrəylik nümayiş etdirmək məqsədi ilə Ukraynaya səfər edib.  Bu barədə Bekhingem sarayının açıqlamasında məlumat verilib.
75 yaşlı şahzadə Prezident Vladimir Zelenski ilə görüşüb, Britaniyanın dəstəyi ilə bağlı məsələləri müzakirə edib. Ukraynanın birinci xanımı Yelena Zelenskaya şahzadə Annanı səfərdə müşayiət edib.
Şahzadə Anna Rusiyanın tammiqyaslı müdaxiləsinin başlanmasından bəri həlak olmuş uşaqların xatirəsini yad edib, depportasiya və ya məcburi köçkünlük həyatı yaşayan ukraynalı uşaqlarla görüşüb.
Britaniya şahzadəsi reabilitasiya mərkəzinə gedərək, müharibə veteranlarına baş çəkib.
Hürr Tərcüman