Sahil Babayev ona yaxınlaşan vətəndaşlara bunu dedi - Video
2025-12-13 14:18:16
Maliyyə naziri Sahil Babayevin ötən gün Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Birinci Fəxri Xiyabanı ziyarəti zamanı sosial şəbəkələrdə paylaşılan görüntüləri maraqla qarşılanıb.
Hurriyyet.az Globalinfo.az-a istinadla xəbər verir ki, nazir Xiyabandan ayrılıb avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan biri ona yaxınlaşıb.
Probleminin həll olunmasını istəyən vətəndaşı nazir yanındakı əməkdaşlara yönləndirərək, “sözünüz varsa, deyin”, - deyə bildirib.
Görüntüləri təqdim edirik:
